top of page
Haqqımda

​

Dr.Ələkbərov Cəbrayıl Ələkbər oğlu

​

Tibb Elmləri Doktoru. Kurqan Ilizarov Mərkəzinin Fəxri Proffesoru (15.06.2021). Bölmə rəhbəri, Beynalxalq ASAMİ (İlizarov) cəmiyyəti Rəyasət heyətinin üzvü, Azərbaycan İlizarov Cəmiyyətinin Sədri.

​

Təhsil:

  • 1974-cü ildə Masallı şəhər 3 saylı orta məktəbini bitirmişdir.

  • 1979-1985-ci illərdə Vladivostok Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir.

  • 1985-1986-cı illərdə 20 saylı Sverdlovski şəhər xəstəxanasında internatura keçmişdir.

  • 1989-1991-cı illərdə Kliniki Ordinatura, Kurqan, Rusiya

  • 1997-2000-Qiyabi Aspirantura Kurqan-Rusiya.

  • 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Kurqan, Rusiya (Təkrar attestasiya, 2010-cu il, Azərbaycan)

  • 2002-2007-Qiyabi Doktorantura Kurqan-Rusiya.

  • 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Moskva, Rusiya (Təkrar attestasiya, 2011-cu il, Azərbaycan)

 

İş təcrübəsi:

  • 1986-1989-cu illərdə Kurqan şəhər Rusiya Elmi Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun uşaqlarda uzun boruşəkilli sümüklərin deformasiyasının aradan qaldırılması şöbəsində həkim-ordinator olaraq çalışmışdır.

  • 1989-1991-ci illərdə Kurqan şəhər Rusiya Elmi tədqiqat Ortopediya və Travmatologiya İnstitutunda transsümük osteosintezi üzrə kliniki ordinatura keçmişdir.

  • 1991-1993-cü illərdə Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu Travmatologiya Klinikasında həkim-travmatoloq işləmişdir.

  • 1994-2009-cu illərdə müqavilə üzrə Türkiyədə işləmişdir. 

  • (2001-ci ildə Türkiyə, İzmir şəhəri, “9 Eyül” Universitetinin Tibb fakültəsinin Ortopediya və travmatologiya kafedrasında Dosent vəzifəsində çalışmışdır.)

  • 2009-cü ilin yanvar ayından 2010-cu ilin iyul ayına kimi Bakı şəhəri Travmatologiya və Ortopediya Klinik Xəstəxanasında həkim-travmatoloq-ortoped işləmişdir. Xəstəxananın fəaliyyətinin dayandırılması ilə əlaqədar AR. Səhiyyə Nazirliyi tərəfindən Akademik Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasında həkim-travmatoloq-ortoped vəzifəsinə təyin edilmişdir. 06.02.2014-cü ildən AR. Səhiyyə Nazirliyinin göndərişi ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Bölmə rəhbəri təyin edilmişdir

 

İştirak etdiyi elmi konqres və simpoziumlar:

  • 1996-cı ildə Amsterdam şəhərində (Hollandiya) keçirilən konqresin iştirakçısı olub.

  • 1996-cı ildə Hyuston (Texas) Xəstələrin İlizarov metodikası ilə müalicəsinə həsr olunmuş ASAMİ ABŞ I konqresində iştirak edib.

  • 1997-ci ildə Barselonada (İspaniya) keçirilən EFFORT konqresinin iştirakçısı olub.

  • 1997-ci ildə Salonikidə (Yunanıstan) keçirilən Balkan ölkələri Travmatoloq-Ortopedlərin I Beynəlxalq konqresində iştirak etmişdir.

  • 1998-ci ildə Doxada (Qatar) keçirilən Ərəb ölkələri Travmatoloq-Ortopedlərin VI Beynəlxalq konqresində iştirak edib.

  • 1999-cu ildə Karaçidə (Pakistan) keçirilən Pakistan Travmatoloq və Ortopedlər Cəmiyyətinin konfransına dəvət olunub.

  • 1999-cu ildə Sidneydə (Avstraliya) keçirilən SİCOT konqersində iki məruzə ilə çıxış edib.

  • 2001-ci ildə Roma şəhərində (İtaliya) keçirilən ASAMİ Beynəlxalq konqresində iştirak edib.

  • 2002-ci ildə Sankt-Peterburq şəhərində keçirilən SİCOT regional konqresinin iştirakçısı olmuşdur.

  • 2004-cü ildə Bəhreyndə keçirilən Ərəb ölkələri Travmatoloq-Ortopedlərin konqresinin iştirakçısı olmuşdur.

  • 2005-ci ildə İstanbulda (Türkiyə) keçirilən SİCOT və ASAMİ konqresində iştirak etmişdir.

  • 2010-cu ildə Qahirədə (Misir) keçirilən VII ASAMİ konqresində iştirak edib.

  • 2011-ci ildə Ammanda (İordaniya) keçiriən Ərəb ölkələri konqresində məruzə ilə çıxış etmişdir.

  • 2012-ci ildə İstambul (Türkiyə) Kadavra kursu – Eytici

  • 2012,2014-ci illərdə Adana (Türkiyə) İlizarov kursu – Eytici

  • 2013-2017-ci illərdə İzmir (Türkiyə) TOTBİD Travma kursu – Eytici

  • 2014-2016-ci illərdə İstambul (Türkiyə) Postravmatik kompleksionlar kursu – Eytici

  • 2014-ci il Bişkek (Kırğızstan) Avrasia Travma Konqresi – Məruzəçi

  • 2015-ci il Miami (USA) ASAMI-Ilizarov beynəlxalq konfrans – Məruzəçi

2016-ci il

  • 2016-cı il Kurqan (Russia) Beynəlxalq İlizarov Konfransı – Məruzəçi

  • 31 mart-3 aprel 2016-cı il tarixlarda Türkiyənin Izmirşəhərində keçirilən VIII Uluslararası Intramedüller Çivileme kursunda məruzə ilə çıxış etmişdir.

  • 7-8 oktyabr 2016-cı il tarixda TOTBID-in “Posttravmatik Komplikasiyonların Önlenmesi ve Tedavisi Kaynamama, Deformite ve Enfeksiyon Kursunda məruzə ilə çıxış etmişdir.

  • 16-18 iyun 2016-cı il tarixda Rusuya Federasiyasının Kurqan şəhərinda “Masapoвсxiе чтеия» Beynalxalq elmi-praktik konfransda çıxış etmişdir.

  • “Azərbaycan Ortopediya va Travmatologiya Jurnali”-nin xüsusi buraxılışı, Azərbaycan travmatoloq va ortopedlarin II Qurultayının və Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya va ortopediya institutunun 70 illiyinə həsr edilmiş elmi praktik konfransında məruzə ilə çıxış etmişdir.

  • 3-4 noyabr 2016-ci il tarixdə Moskva şəhərində keçirilən “Травма 2016: Применение современных технологии в ортопедии» adli Beynəlxalq konfransda iştirak etmişdir.

  • 12-13 noyabr 2016-cı il tarixdə keçirilmiş Azərbaycan travmatoloq va ortopedlarin II Qurultayının və Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 70 illiyinə həsr edilmiş elmi-praktik konfrans elmi-praktik konfransının metodik təşkilat şöbəsinin əməkdaşları fəal iştirak etmişdir.

2017-ci il

  • Ələkbərov C.Ə. Ortopedik travma kampı 2. 3-4 Şubat (Fevral) 2017 Ege Universitesi, Izmir-Türkiye. Məruzə ilə çıxış etmişdir.

  • 20-ci Ilizarov uyqulamalı eytim toplantısı. 12-14 mayıs 2017. Adana-Türkiye. Məruzə ilə çıxış etmişdir.

  • Eurasion orthopedic forum Moscow 2017, Moskva, Russia

2018-ci il

  • 03-04 fevral 2018-ci il tarixda Türkiyə Respublikasının Izmir şəhərində keçirilən “Beynəlxalq Ortopedik Travma toplantisı”-da təlimatçı kimi iştirak etmişdir.

  • 20-21 aprel 2018-ci il tarixda Azərbaycan Respublikasının Bakı şəhərində keçirilən “I Türk Dünyası Ortopedi va Travmatoloji Konqresi”-da təşkilatçı və məruzəçi kimi iştirak etmişdir.

  • 02-04 mart 2018-ci il tarixdə Türkiya Respublikasının Bursa şəhərində keçirilən “Uludağ Travma Toplantısı”-da təlimatçı kimi iştirak etmişdir.

  • 9-10 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində keçirilən Avropa Pediatrik Ortopediya Cəmiyyəti EPOS birgə təşkil olunmuş kursda iştirak etmişdir.

  • 30 mart 2018-ci ill tarixdə Dağıstan Respublikasının Maxaçkala şəhərində keçirilən Şimali Qafqaz travmatoloq vo ortopedlarinin “Современные подходы к лечению диагностике и травматологических и ортопедических больных» mövzusunda konfransda məruzəçi kimi iştirak etmişdir.

  • 14-15-16 iyun 2018-ci il tarixda Rusiya Federasiyasının Kurqan şəhərində keçirilan “Haровские чтенне» Beynalxalq konfransında məruzəçi kimi iştirak etmişdir.

  • 30 oktyabr 04 noyabr 2018-ci il tarixdə Türkiya Respublikasının Antalya şəhərində keçirilən AOTT 28. Ulusal Türk Ortopedi ve Travmatoloji Kongresi “Uluslararası Katılımı” 4.Fizyoterapi – Ortopedi ve Travmatoloji Ortak Sempozyumu”-da məruzəçi kimi iştirak etmişdir.

2019-cu il

  • 01-03 mart 2019-cu il tarixdə Türkiyə Respublikasının Bursa şəhərində keçirilən “XV. Uludağ ortopedi ve Travmatoloji gunleri”-da moderator olmuş və məruzə ilə çıxış etmişdir.

  • 29 mart 2019-cu il tarixdə Dağıstan Respublikasının Maxaçkala şəhərində keçirilən “Актуальные вопросы диагностики и лечения травматологических и ортопедических больных” mövzusunda konfransda maruza ila çıxış etmişdir 3 27-30 aprel 2019-cu il tarixdə Türkiyə Respublikasının Bodrum şəhərində keçirilən “Bone & Joint Congress”-da moderator olmuş və məruzə ilə çıxış etmişdir.

  • 25-28 aprel 2019-cu il tarixdə Türkiyə Respublikasının İzmir şəhərində keçirilən+4. Uluslararası ortopedik travma kampi”-da məruzə ilə çıxış etmişdir.

  • 10-11 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində keçirilən “III Ortoped va Travmatoloqlarin Qurultay”-da təşkilatçı olmuş və məruzə ilə çıxış etmişdir.

  • 27-30 avqust 2019-cu il tarixdə İngiltərədə keçirilən 4th combined congress of the ASAMI-BR and ILLRS societies ACC Liverpool, UK” konqresində məruzə ilə çıxış etmiş və moderator olmuşdur.

  • 11-15 sentyabr 2019-cu il tarixdə Qazaxstan Respublikasının Almata şəhərində keçirilən “2. Türk Dünyası Ortopedi ve Travmatoloji Kongresi”də məruzə ilə çıxış etmişdir.

  • 22-27 oktyabr 2019-cu il tarixdə Türkiyə Respublikasının Antalya şəhərində keçirilən “29. Ulusal Türk Ortopedi ve Travmatoloji Kongresi də iştirak etmişdir.

  • 15-16 noyabr 2019-cu il tarixdə Ekstremite Rekonstrüksiyonu ve İlizarov Yöntemleri Uygulama, Geliştirme Derneği tarafından İstanbul Memorial Bahçelievler Hastanesində gerçekleştirilen “IX. Deformite Eğitim Toplantısı”-da məruzə ilə çıxış etmişdir.

  • 9-10 noyabr 2019-cu il tarixdə AzTOA-nın “Dayaq-hərəkət sisteminin xəstəlikləri və zədələnmələrinin müasir müalicə və reabilitasiya üsulları” mövzusunda XI Beynəlxalq Konqresində məruzə ilə çıxış etmişdir.


Nailiyyətlər:

  • 2 monoqrafiyanın, müxtəlif beynəlxalq jurnallarda dərc edilmiş

    • 127 elmi məqalənin (Azərbaycan 5 , Amerika 2, Ingiltərə 4, Italiya 3, İsveç 2, Russiya-Türkiyə 79)

    • 2 ixtiranın,

    • 2 səmərələşdirici təklifin müəllifidir.

  • 14 mindən artıq əməliyyat aparıb.


Üzvlük:

  • 1996-cı ildən SİCOT (Beynəlxalq travmatalogiya-ortopediya dərnəyi) üzvüdür.

  • 1997-ci ildən EFFORT (Avropa travmatalogiya-ortopediya dərnəyi) üzvüdür.

  • Türkiyə (TOTBİD) Ortopedlər və Travmatoloqlar Cəmiyyətinin Fəxri və həqiqi üzvüdür.

  • Beynəlxalq ASAMİ (İlizarov) Cəmiyyətinin rəyasət heyətinin üzvüdür.

  • Azərbaycan İlizarov Cəmiyyətinin sədridir.

Sosial şəbəkələrim

  • Facebook
  • Instagram
  • Youtube
bottom of page